Xəbər lenti‎ > ‎

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı anım tədbiri keçirilib

Отправлено 31 янв. 2014 г., 10:59 пользователем Murad Nabibekov   [ обновлено 31 янв. 2014 г., 11:00 ]
Bu gün Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal abidəsinin önündə anım tədbiri keçirilib.

AR Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev və AMEA prezidenti, akademikAkif Əlizadə İstiqlal abidəsinin önünə əklil qoyub, görkəmli siyasi xadimin həyat və fəaliyyəti haqqında çıxış ediblər.

Tədbirdə digər çıxış edənlər də M.Ə.Rəsulzadəni ədib, ideoloq, siyasi publisistikanın görkəmli nümayəndəsi kimi dəyərləndiriblər.
 Mənbə: www.science.gov.az