Xəbər lenti‎ > ‎

“Sufizm” adlı kitab işıq üzü görüb

Отправлено 31 янв. 2014 г., 10:48 пользователем Murad Nabibekov   [ обновлено 31 янв. 2014 г., 10:49 ]
AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin“Sufizm” adlı kitabı “Aspoliqraf LTD” nəşriyyatında çapdan çıxıb.

Azərbaycan və ingilis dillərində çap olunan kitabın redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əliyar Səfərli və filologiya üzrə elmlər doktoru, professor Möhsün Nağısoydur.

Müəllif illərlə apardığı elmi araşdırmaların nəticəsi olan bu tədqiqat əsərində ona bədii-fəlsəfi cərəyan kimi baxır, sufizmin təşəkkülündə və yayılmasında bədii ədəbiyyatın rolunu aşkara çıxarmağa çalışır, bu cərəyanın mənşəyi və mahiyyətini, türk sufizminin, Azərbaycan ədəbiyyatında sufizm problemlərini geniş təhlil edir.

Mənbə: www.science.gov.az