Xəbər lenti‎ > ‎

“Özümüzü və dünyanı dərketmə yolunda”

Отправлено 31 янв. 2014 г., 10:43 пользователем Murad Nabibekov   [ обновлено 31 янв. 2014 г., 10:43 ]

“Özümüzü və dünyanı dərketmə yolunda” elmi məqalələr toplusu işıq üzü görüb


AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun doktorant və dissertantlarının elmi nəşrlərindən ibarət “Özümüzü və dünyanı dərketmə yolunda” elmi məqalələr toplusu nəşr olunub.

“Elm və təhsil” nəşriyatında çapdan çıxmış kitabın elmi redaktoru AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva, nəşrə hazırlayanlar Mübariz Hacıyev, Nərgiz Yusifzadə və Səbuhi Əliyevdir.

Kitabda “Yeni texnologiyaların yaranmasında ictimai və fundamental elmlərin inteqrativ rolu”, “Tibbi hüququn qorunması-insan hüquqlarının qorunması amili kimi”, “Kütləvi-informasiya azadlığının siyasi-hüquqi təminatı”, “Azərbaycan-İƏT çoxtərəfli əməkdaşlığı və Heydər Əliyev” və digər mövzularda məqalələr öz əksini tapıb.

Mənbə: www.science.gov.az