Xəbər lenti‎ > ‎

ŞREM-in Elmi Şurasının növbəti yığıncağı keçirilmişdir

Отправлено 30 мар. 2015 г., 5:42 пользователем Murad Nabibekov   [ обновлено 31 мар. 2015 г., 4:19 ]
Bu gün - martın 30-da AMEA Şəki Regional Elmi Mərkəzinin Elmi Şurasının növbəti yığıncağı keçirilmişdir.

        İclasda "Azərbaycanda ipəkçiliyin inkişafı konsepsiyası" və görkəmli şairimiz, professor Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə bağlı tadbirlər planı müzakirə edildikdən sonra mərkəzin elmi işçisi Elşən Abdurahmanovun "31 Mart Azərbaycanlıların soyqırımı" ilə bağlı məruzəsi dinlənilmişdir.
        Toplantının sonunda Elmi Mərkəzin nəzdində yeni fəaliyyətə başlamış mətbəənin işi haqqında məlumat verilmiş və mətbəəyə müdir təyin olunmuş Tacəddin İbrahimxəlilov kollektivə təqdim edilmişdir.

        P.S. Elşən Abdurahmanovun "31 Mart Azərbaycanlıların soyqırımı" ilə bağlı məruzəsinin tam mətnini saytımızın "Məqalələr lenti"ndə oxuya bilərsiniz.