Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzinin ümumi yığıncağı keçirilmişdir

Отправлено 30 янв. 2015 г., 2:30 пользователем Murad Nabibekov   [ обновлено 5 февр. 2015 г., 0:36 ]
        Yanvarın 29-da AMEA Şəki Regional Elmi Mərkəzinin ümumi yığıncağı keçirilmişdir. 

        Yığıncaqda Elmi Şuranın yeni tərkibi seçilmiş, mərkəzin yeni strukturu müəyyənləşdirilmiş, illik hesabat müzakirə edilmiş, təşkilati məsələlərə baxılmışdır. İclasın sonunda Geokimya laboratoriyasının rəhbəri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəylinin “Yer qabığında baş verən ehtizasi hərəkətlər və geokimyəvi mühit tipləri arasındakı qarşılıqlı əlaqələrə dair” mövzusunda məruzəsi müzakirəyə çıxarılmışdır.
    ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizovun Elmi Şura haqqında verdikləri məlumatdan və elmi katib Vüqar Abdurahmanov elmi şuranın yeni tərkibdə nəzərdə tutulan üzvlərinin siyahısını təqdim etdikdən sonra səsvermə yolu ilə mərkəzin 17 nəfər əməkdaşı Elmi Şuranın üzvü seçilmişdir.
        Toplantıda ŞREM-in struktrur vahidlərinin – “laboratoriya”ların adlarının dəyişdirilərək “şöbə” adlandırılması qərara alınmış və AMEA tərəfindən 2014-2020-ci illər üzrə təsdiq edilmiş elmi-tədqiqat işlərinin istiqamətlərinə əsasən tərtib edilmiş iş planlarına aydınlıq gətirilmişdir.
        İclasda 2015-ci ilin fevral ayında AMEA-da keçirilməsi nəzərdə tutulmuş 2014-ci ilin hesabat yığıncağında təqdim ediləcək ŞREM-in hesabatı müzakirə edildikdən sonra g.-m.ü.f.d. H.Mustafabəylinin “Yer qabığında baş verən ehtizasi hərəkətlər və geokimyəvi mühit tipləri arasındakı qarşılıqlı əlaqələrə dair” mövzusunda məruzəsi dinlənilmiş və məruzə ətrafında müzakirələr aparılmışdır.