Xəbər lenti‎ > ‎

AMEA Folklor İnstitutunun direktoru mükafata layiq görülmüşdür

Отправлено 28 дек. 2013 г., 5:51 пользователем Murad Nabibekov   [ обновлено 28 дек. 2013 г., 5:52 ]
25 dekabr 2013-cü ildə Folklor İnstitutunun direktoru fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov) “Borçalı” İctimai Cəmiyyəti tərəfindən “Zahid Xəlil (Türklüyə xidmət ödülü) mükafatı”na layiq görülmüşdür. 

Mükafat M.Kazımoğluna Borçalı folklorunun toplanması, nəşri və təbliğindəki xidmətinə görə verilmişdir. Xatırladırıq ki, folklorun və ədəbiyyatşünaslığın aktual problemlərinə həsr olunmuş dörd monoqrafiyanın, yüzə yaxın elmi məqalənin, eləcə də bir sıra publisistik yazıların müəllifi olan Muxtar Kazımoğlunun Qarabağ, Borçalı, eləcə də digər bölgələrimizin folklorunun toplanmasında, həmçinin rəhbərlik etdiyi Folklor İnstitutunun beynəlxalq səviyyədə tanıdılmasında böyük əməyi vardır. 

Önəmlidir ki, Folklor İnstitutunda yaxın vaxtlarda Borçalı bölgəsindən 6-ya yaxın kitab nəşr olunmuşdur. Bu kitablar Elxan Məmmədlinin 2012-2013-cü illərdə Borçalı bölgəsindən toplanmış folklor örnəkləridir və alimin bu yöndə xüsusi əməyi vardır. Onun tərtibçisi, toplayıcısı və müəllifi olduğu kitablar sırasında “Azərbaycan folkloru külliyyatı (Aşıq Aslan Kosalının ifasında yazıya alınmış xalq dastanları)”, “Borçalı folklor örnəkləri” I kitab, “Borçalı folklor örnəkləri” II kitab, Şair Nəbi Borçalının anadan olmasının 140 illiyi münasibətilə “Sığındım mövlayə”, Aşıq Gülabının əsərlərindən ibarət “Mən olmayanda”, Aşıq Əşrəf Qəninin yaradıclığından ibarət “Buludlar ağlayır” nəşrləri məhz Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlunun xüsusi təşəbbüsü ilə işıq üzü görmüşdür. 

Onu da bildirək ki, Folklor İnstitutu “Bölgə folklor örnəkləri” seriyasından nəşr olunan kitablarda təkcə Azərbaycan çevrəsində deyil, həm də ökə xaricində olan soydaşlarımızın da folklor nümunələrinin toplanması, nəşri və təbliği ilə məşğul olur. 


Aynur Qəzənfərqızı,

URL: http://www.folklorinstitutu.com/203.htm

Comments