Xəbər lenti‎ > ‎

Yeni enerji mənbələrinin tətbiqinə imkan verən araşdırmalar istiqamətində mühüm nəticələr əldə edilib

Отправлено 28 дек. 2013 г., 5:21 пользователем Murad Nabibekov   [ обновлено 28 дек. 2013 г., 5:22 ]
AMEA Radiasiya Problemləri İnstitutu tərəfindən enerjiyə qənaət edən və tullantı qazlarını azaldan yeni enerji mənbələrinin tətbiqinə imkan verən araşdırmalar istiqamətində mühüm nəticələr əldə edilib.

Tədqiqatlar “Enerjiqənaətedici radiasiya prosesləri” laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor İslam Mustafayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən qrant almış “Neft kəmərləri obyektlərində enerji effektivliyinin qiymətləndirilməsi və onun yüksəldilməsi üçün alternativ enerji mənbələrinin tətbiqi imkanlarının araşdırılması” layihəsi çərçivəsində aparılır. Müddəti 18 ay olan layihənin məqsədi neft kəmərləri obyektlərində enerji effektivliyinin artırılması və enerjidən qənaətlə istifadədir.

Layihənin reallaşdırılması və təcrübə mübadiləsi aparmaq üçün İ.Mustafayev 2014-cü ilin yayında ABŞ-a ezam olunacaq. Səfər zamanı professor Texasın Austin şəhərində Enerji Tədqiqatları İnstitutu və Floridanın Mayami şəhərində Təmiz Enerjilər İnstitutunda olacaq. Məqsəd neft kəmərləri obyektlərində atmosferə təsir etmədən və üzvi yanacağa ehtiyac olmadan günəş çeviricilərindən istifadə edilməsi üzrə elmi əsaslandırılmış tövsiyələrin hazırlanmasıdır.

Mənbə: science.az

URL: http://science.az/az/index.php?id=6561