Xəbər lenti‎ > ‎

AMEA-nın Gənc alim və mütəxəssislər şurasının təsis konfransı keçirildi

Отправлено 28 дек. 2013 г., 4:58 пользователем Murad Nabibekov   [ обновлено 28 дек. 2013 г., 4:59 ]
Dünən - dekabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında Gənc alim və mütəxəssislər şurasının təsis konfransı keçirilib

Tədbiri giriş sözü ilə açan akademiyanın prezidenti akademik Akif Əlizadə ölkəmizdə həyata keçirilən “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının tərkib hissəsi olaraq akademiyanın tərəqqisinə hədəflənmiş əsasnaməsinin hazırlanmasında Gənc alim və mütəxəssislər şurasının təsis konfransının əhəmiyyətli rol oynayacağını bildirdi. Dövlət başçısı tərəfindən yürüdülən gənclər siyasətinin prioritetlərindən biri gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, onların elmin inkişafındakı rolunu daha da artırmaqdır. Gənclərin ölkəmizin tanınmış alim və mütəxəssislərinin təcrübələrindən faydalanmaqla çox böyük uğurlara imza atacağına əminliyini bildirdi. Gənclərin elmə maraqlarının artırılmasına təkan vermək məqsədilə Gənc Alim və Mütəxəssislər Şurasının üzərinə düşən vəzifələri ifadə etdi. Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov ölkəmizdə gənclərin elmə axını üçün real təşəbbüslərə və təkliflərə ehtiyac olduğunu, elmin gəncləşməsinin zəruriliyindən söhbət açdı.

Azərbaycanın Orta Asiya və Yaxın Şərqdə elm mərkəzinə çevrilməsi üçün ölkəmizin böyük elmi potensiala malik olduğunu vurğulayan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov əldə olunan uğurlu elmi nəticələrin tətbiqində özəl sektorun həlledici rol oynamasının vacibliyindən söhbət açdı. Yeni təsis olunan şuranın Azərbaycan elminin tərəqqisinə, eləcə də kreativ layihələrin reallaşdırılmasına töhfə verəcəyinə əminliyini bildirdi.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, professor Rasim Əliquliyev akademiyada aparılan gənclər siyasətinin Azərbaycan 2020: Gələcəyə baxış konsepsiyasının hədəflərinə yönəldiyini vurğuladı. 645 üzvü olan Gənc alim və mütəxəssislər şurasının sədri vəzifəsinə 52 nəfərin namizədliyinin irəli sürüldüyünü, onlardan 42 nəfərinin akademiyanın institut və təşkilatlarında yaranmış şuraların sədri olduğunu, digər 8 nəfər prezident mükafatına layiq görülmüş gənc alimin, eləcə də 2 nəfər üçün alimlərin öndə getməlidir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digərləri çıxış edərək gənc alimlərin üzərinə düşən vəzifələrdən söhbət açdılar.

Mənbə: science.az

URL: http://science.az/az/index.php?id=6558