Xəbər lenti‎ > ‎

Şəki-Zaqatala bölgəsində zəlzələdən sonra buzlaq sularının tərkibində ciddi dəyişikliklər müşahidə olunur

Отправлено 27 дек. 2013 г., 23:07 пользователем Murad Nabibekov   [ обновлено 27 дек. 2013 г., 23:08 ]
Azərbaycanda içməli su ilə bağlı AMEA Rəyasət Heyətinə məxfi müraciət ünvanlanacaq

Azərbaycanda Güclü Qamma Şüalanma Kompleksinin yaradılmasına başlanıb.

APA-nın verdiyi məlumata görə, bunu dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Texniki Elmləri Bölməsi institut və təşkilatlarının 2013-cü il üçün hesabat iclası çərçivəsində AMEA Radiasiya Problemləri İnstitutunun illik hesabatı ilə bağlı çıxışında İnstitutun direktoru Adil Qəribov açıqlayıb.

Adil Qəribov deyib ki, Azərbaycanın radiasiya fon xəritəsinin hazırlanması istiqamətində də iş aparılır. Adil Qəribov Fövqəladə Hallar Nazirliyinin tərkibində radioloji və nüvə fəaliyyətinin tənzimlənməsi ilə bağlı agentliyin fəaliyyət göstərdiyini də xatırladıb: “Radiasiya fon xəritəsinin hazırlanması böyük vəsait tələb olunur. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin toplantısında Azərbaycanın radiasiya fon xəritəsinin tərtib olunması məsələsini qaldırmışdı. Bunun üçün həm havadan, həm yerdən çəkiliş aparılmalıdır. Bu xəritənin tərtibi üçün hazırda işlər aparılır və elmi araşdırma məsələsi ilə də biz məşğuluq. Bu məsələ ilə bağlı FHN-in əməkdaşı da AMEA prezidenti Akif Əlizadə ilə də görüşüb”.

A.Qəribov Şəki-Zaqatala bölgəsində baş verən zəlzələdən sonra buzlaq sularının tərkibində ciddi dəyişikliklərin müşahidə olunduğunu da bildirib. Hazırda bunun səbəbinin araşdırıldığını deyən A.Qəribov yaxın vaxtlarda içməli su ilə bağlı AMEA Rəyasət Heyətinə məxfi müraciətlərinin olacağını da qeyd edib. A.Qəribov araşdırmalar zamanı Azərbaycanın bəzi rayonlarında şüalanmanın 100-150 mikrorengen saata çatması faktlarının aşkarlandığını da açıqlayıb: “Biz bu materialları yaxın günlərdə müvafiq dövlət qurumlarına təqdim edəcəyik. Biz indi bunu ictimaiyyətə açıqlasaq, hansı vəziyyət yaranar? Ərdəbilin bir kəndində qrunt suları ilə bağlı 150 mikrorengen saat şüalanma var, ancaq orada insanlar çox sağlamdır, ən azı 80 yaş yaşayırlar”.

Ramiz Mikayıloğlu, APA 

URL: http://az.apa.az/news/325911