Xəbər lenti‎ > ‎

Azərbaycanlı alimin Məhəmməd Əmin Rəsulzadə haqda kitabı Türkiyədə nəşr edilib

Отправлено 28 окт. 2014 г., 11:55 пользователем Murad Nabibekov   [ обновлено 28 окт. 2014 г., 12:25 ]
    
"Ahde Vefa Turan Birliği Sosyal Yardımlaşma ve Eğitim Derneği"nin (Əhdə Vəfa Birliyi Sosial Yardımlaşma vəTəhsil Dərnəyi) dəvətlisi olaraq 22 oktyabr 2014-cü ildəTürkiyənin Konya şəhərində olan AMEA Fəlsəfə və Hüquqİnstitutunun böyük elmi işçisi dosent Ələkbərov Konya Əsnaf və Sənətkarlar Odasında "Türk Dünyasının problemləri"mövzusunda həm konfrans vermiş, həm də Türkiyə türkcəsində yayımlanan "Muhammed Emin Resulzadenin DünyaGörüşü" (Konya, Buğra Yayın Evi, 2014) kitabının imza mərasimi olub. Qeyd edək ki, kitab ilk dəfə 2007-ci ildəBakıda, Azərbaycan türkcəsində nəşr edilib.
    
Faiq Ələkbərov konfransda dünyadakı Türk Milliyyətçiliyi, Turançılıq və Ülküçülükdən bəhs edib. Kitabında bəhs etdiyiM.Ə.Rəsulzadənin Azərbaycanda doğulub Türkiyədə vəfat edən çox dəyərli bir Türkçülük öndəri olduğunu, Türkçülükvə Turançılıq fikrinin təməl daşlarından biri olduğunu söyləyib. Bu il Rəsulzadənin 130 illik yubileyinin keçirilməsinədiqqət çəkən Azərbaycan alimi bildirib ki, onun ideyaları bütün Türk dünyasında yayılmaqdadır. Ancaq bu ideyalarınqarşısını almaq istəyən xarici qüvvələr var.
    
Qərb dövlətlərinin Türk dünyasını bir araya gətirməmək üçün maddiyyatı ön plana çıxarıb mənəviyyatımızı aradanqaldırmağa çalışdıqlarını ifadə edən F.Ələkbərova görə bunun üçün də qərblilər müsəlman türkləri İslam dinindən, adətvə ənənələrimizdən uzaqlaşdıraraq Türk Kültürünü məhv etməyə, öz kültürlərini insanlarımızın şüurlarına yeridirlər.
    Onun fikrincə, bu xarici mədəniyyətlərin, kültürlərin təsirində qalmanın nəticəsidir ki, son zamanlarda İslam-TürkDünyasında dünya çapında alimlər yetişdirmək olmur.
    Konfransdan sonra "Muhammed Emin Resulzadenin Dünya Görüşü" kitabının imza mərasimi olub.
Mənbə: www.525.az