Xəbər lenti‎ > ‎

Azərbaycan alimi Türkiyədə keçirilmiş Beynəlxalq fəlsəfə konqresində məruzə edib

Отправлено 28 окт. 2014 г., 11:36 пользователем Murad Nabibekov   [ обновлено 28 окт. 2014 г., 11:37 ]

    Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov Türkiyənin Bursa şəhərində keçirilmiş Beynəlxalq fəlsəfə konqresində iştirak edib.

    Fəlsəfə və Hüquq İnstitutundan AzərTAc-a bildiriblər ki, Uludağ Universitetinin təşkil etdiyi tədbirə Almaniya, Polşa, Qazaxıstan, İran və digər ölkələrdən olan alimlər də qatılıblar.
    Beynəlxalq konqresdə F. Ələkbərov “XXI əsr türk xalqlarında demokratiyanın əsas fəlsəfi problemi: millilik və kosmopolitizm” mövzusunda məruzə edib.
Bakı, 28 oktyabr, AzərTAc