Xəbər lenti‎ > ‎

“AMEA-nın xəbərləri. Elm və innovasiya seriyası” adlı elmi jurnalın yeni tərkibi təsdiq edilib

Отправлено 28 янв. 2015 г., 8:20 пользователем Murad Nabibekov   [ обновлено 28 янв. 2015 г., 8:21 ]
        
Azərbaycan Respublikasında elmin informasiya təminatını inkişaf etdirmək, elmi ictimaiyyəti elm və innovasiyalar sahəsindəki informasiya mübadiləsini gücləndirmək məqsədilə Humanitar və İctimai Elmlər Bölməsinin 24 dekabr 2014-cü il tarixli qərarı ilə “AMEA-nın Xəbərləri. Elm və İnnovasiya seriyası” adlı elmi jurnalın yeni tərkibi təsdiq edilib. Jurnalın baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir.
        Azərbaycan, Rusiya, Ukrayna, Belarus və Qazaxstanın 21 tanınmış aliminin redaksiya heyətində üzvü olduğu bu elmi jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasında təsdiq edilib. Jurnal Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilib. Elmi jurnal üç ayda bir dəfə Azərbaycan, rus və ingilis dillərində nəşr ediləcəkdir.
Mənbə: www.science.az