Xəbər lenti‎ > ‎

Polşada dahi Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəlləri nəşr olunub

Отправлено 28 янв. 2015 г., 8:15 пользователем Murad Nabibekov   [ обновлено 28 янв. 2015 г., 8:16 ]
        Azərbaycanın Polşadakı səfirliyi dahi şair Məhəmməd Füzulinin qəzəllərini nəşr etdirib.


        Azərbaycan haqqında polyakları ətraflı məlumatlandırmaq məqsədilə ölkəmizin Polşadakı səfirliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti, musiqisi, memarlığı, tarixi, eposları, mətbəxi və Azərbaycan-Polşa seriyalarında 29 adda kitab nəşr olunub.
        “Azərbaycan ədəbiyyatı” seriyasında “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəlləri” adlı kitab AMEA Ədəbiyyat İnstitutu və Polşa Elmlər Akademiyasının Ədəbi Araşdırmalar İnstitutunun birgə əməkdaşlığı nəticəsində nəşr olunub.
        Qeyd edək ki, kitab Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilib.

Mənbə: www.science.gov.az