Xəbər lenti‎ > ‎

Azərbaycanlılara qarşı soyqırımların tarixinin öyrənilməsində yeni mərhələ

Отправлено 27 нояб. 2014 г., 12:54 пользователем Murad Nabibekov   [ обновлено 27 нояб. 2014 г., 12:55 ]
AMEA-nın Əsas binasında AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli qərarı ilə yaradılmış “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının növbəti iclası keçirilib.


        İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli azərbaycanlılara qarşı soyqırımı tədqiqatları komissiyasının işini müasir tələblər səviyyəsində təşkil etmək üçün bu qurumun nəzdində ayrı-ayrı istiqamətlər üzrə elmi bölmələrin yaradılmasının zəruriliyindən söz açıb. Müzakirələr nəticəsində “Azərbaycanlılara qarşı soyqırımların tarixi” (rəhbər: AMEA-nın müxbir üzvü Yaqub Mahmudov), “Azərbaycanlılara qarşı soyqırımı siyasəti” (rəhbər: professor Musa Qasımlı), “Azərbaycanlıların deportasiyası tarixi” (rəhbər: tarix elmləri doktoru Kərim Şükürov), “Azərbaycanlılara qarşı soyqırımlar tarixi sənədlərdə” (rəhbər: professor Ataxan Paşayev), “Azərbaycanlılara qarşı soyqırımlar ədəbiyyatda və incəsənətdə” (rəhbər: akademik İsa Həbibbəyli), “Azərbaycanlılara qarşı soyqırımlar İnternetdə” (rəhbəri: akademik Rasim Əliquliyev) bölmələrinin yaradılması qərara alınıb.
        İclasda, həmçinin “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının 2015-ci il üzrə Fəaliyyət planının müəyyənləşdirilməsi məsələsi də müzakirə olunub. Müzakirələr əsasında 2015-ci ildə AMEA-da “Azərbaycanlılara qarşı soyqırımı faciələri: tarixin yaddaşı və müasir baxışlar” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi qərara alınıb.
        Eyni zamanda, AMEA-nın elmi-tədqiqat institutlarında azərbaycanlılara qarşı soyqırımlar, Dağlıq Qarabağ, Xocalı soyqırımı, Naxçıvan və Qubada soyqırımların tarixinə dair nəşr olunmuş kitabların müzakirəsinin keçirilməsi təklif edilib. Tədbirdə “Azərbaycanlılara qarşı soyqırımlar sənədlərdə” adlı arxiv sənədlərini, fotoşəkilləri və dövri mətbuat materiallarını əks etdirəcək çoxcildli nəşrin hazırlanması məsələsi də nəzərdən keçirilib.
        Komissiya tərəfindən qaçqınların məskunlaşdığı Azərbaycan rayonlarında və döyüş bölgələrində elmi konfrans və görüşlərin keçirilməsi qərara alınıb.
Mənbə: www.science.gov.az