Xəbər lenti‎ > ‎

AMEA-nın mükafatları haqqında əsasnamələr təsdiq edilib

Отправлено 27 февр. 2014 г., 10:32 пользователем Murad Nabibekov   [ обновлено 27 февр. 2014 г., 10:35 ]

        AMEA-nın Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis edilmiş mükafatları haqqında əsasnamələr təsdiq edilib.

    Xatırladaq ki, AMEA-nın mükafatları Rəyasət Heyətinin 5 fevral 2014-cü il tarixli qərarı ilə təsis edilmişdir.        

        AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, akademiklər - Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev və Musa Əliyev adına mükafatları haqqında əsasnamələr təsdiq olunmuşdur.
        Qeyd edək ki, Nəsirəddin Tusi adına mükafat riyaziyyat və astronomiya, Həsən bəy Zərdabi adına mükafat təbiət elmləri, akademik Üzeyir Hacıbəyli adına mükafat mədəniyyət, ədəbiyyat və incəsənət, akademik Mirəsədulla Mirqasımov adına mükafat tibb elmləri, akademik Yusif Məmmədəliyev adına mükafat kimya elmləri və akademik Musa Əliyev adına mükafat geologiya və mineralogiya elmləri sahəsində mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə veriləcək.
Mənbə: www.science.gov.az
Comments