Xəbər lenti‎ > ‎

AMEA Azad Həmkarlar İttifaqının yubileyinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb

Отправлено 26 дек. 2013 г., 0:02 пользователем Murad Nabibekov   [ обновлено 28 дек. 2013 г., 0:13 ]
    AMEA Azad Həmkarlar İttifaqının növbəti iclası keçirilib.

    Tədbirdə Azad Həmkarlar İttifaqının (AHİ) sədri, tarix üzrə fəlsəfə doktoru Adil Mirabdullayev gündəlikdəki məsələlər barədə məlumat verib.

    İclasda AHİ-nin yaradılmasının 20 illik yubileyinin keçirilməsi, AMEA prezidenti, akademik Akif Əlizadə ilə ittifaqın Rəyasət Heyəti üzvlərinin görüşünün nəticələri və s. məsələlər müzakirə edilib.

    2014-cü ilin aprel ayında keçirilməsi nəzərdə tutulan AHİ-nin yaradılmasının 20 illik yubileyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb, müvafiq qərarlar qəbul edilib, bir sıra təkliflər səsləndirilib.

    Tədbirdə, həmçinin AHİ qarşısında duran vəzifələr, akademiya əməkdaşlarının mənzil-məişət, sosial və digər problemləri ilə bağlı məsələlər də müzakirə olunub.


Mənbə: www.science.gov.az