Xəbər lenti‎ > ‎

Televiziyada ədəbi dilin normalarının gözlənilməsi

Отправлено 26 нояб. 2014 г., 9:36 пользователем Murad Nabibekov   [ обновлено 26 нояб. 2014 г., 9:38 ]
        Dün
ən - noyabrın 25-də AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə Milli Televiziya və Radio Şurasının birgə layihəsi olan “Televiziyada ədəbi dilin normalarının gözlənilməsi” adlı monitorinqlərin nəticələrinə dair mətbuat konfransı keçirilib.

        Monitorinqləri AMEA Dilçilik İnstitutunun aparıcı elmi işçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü və Nəzakət Qaziyeva aparıb.
        Konfransı giriş sözü ilə açan MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli qeyd edib ki, Dilçilik İnstitutu ilə birgə apardığımız monitorinqlər hər il keçirilir. Layihə çərçivəsində milli telekanallarda yayımlanan 6 telekanalda – İctimai, Xəzər tv, Ans Tv, Atv, Space Tv və Lider tv-də yayımlanan verilişlər izlənilərək ədəbi dil normalarının pozulma faktları aşkarlanmışdır. Monitorinqlər sentyabr və oktyabr aylarında aparılmışdır.
        Məlumdur ki, 2013-cü ilin aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqram”ının təsdiqlənməsi KİV-də Azərbaycan dilinin təbliği ilə bağlı xüsusi bəndin olması bu məsələnin əhəmiyyətini bir daha təsdiq edir.
        Monitorinqin məqsədi milli televiziya kanallarında ədəbi dilin normalarının pozulması hallarının müəyyən olunması, statistik baxımdan araşdırılması, onların aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçrilməsi üçün təkliflərin irəli sürülməsidir.
        T.Şükürlü çıxışında bildirib ki, “Televiziya ilk növbədə informasiya mənbəyidir. İnformasiyanın çatdırılmasında məqsəd tamaşaçını məlumatlandırmaqdır. Ekranda gedən verilişlərin başlıca məqsədi ondan ibarətdir ki, verilişlərin vasitəsilə ölkə ictimaiyyətinin diqqəti kütləvi şəkildə dilin təbliğinə yönəldilir. KİV-nin içərisində dilin informasiya, estetik, ideoloji funksiyaları daha çox televiziyada qabarıq şəkildə üzə çıxır. Buna görə də efirə çıxan aparıcının nitqinə diqqət yetirilməlidir. Çünki burada aparıcı televiziya dilinin təmsilçisidir. Televiziya dilində bütün informasiyalar ədəbi dilin fonetik, leksik və qrammatik səviyyələri əhatə edir. Ədəbi dilin nisbi nisbi sabitliyini əhatə edən normalar televeziya nitqində əhatə edən normalar televiziya nitqində fikrin tamaşaçıya çatdırılmasında mühüm rol oynayır”.
        Ümumilikdə ədəbi dilin normalarından yayımı əks etdirən 509 nümunə tədqiqata cəlb edilmişdir. Bunlardan 91-i (17%) Xəzər Tv-də, 56-ı (11%) İctimai tv, 89-u (17%) Space tv, 97-i (19%) Ans tv, 90-ı (17%) Lider tv, 85-i (16%) isə Atv-də müşahidə olunmuşdur.

Mənbə: www.science.gov.az