Xəbər lenti‎ > ‎

Tariximizin qan yaddaşı - XOCALI

Отправлено 26 февр. 2016 г., 6:18 пользователем Murad Nabibekov   [ обновлено 26 февр. 2016 г., 6:19 ]
        Bu gün – fevralın 26-da AMEA Şəki Regional Elmi Mərkəzində Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.


        Toplantı iştirakçıları Xocalı faciəsində həlak olan soydaşlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Himni səsləndirilmişdir.
        Tədbiri giriş sözü ilə ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq, Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd etdi. O, bildirdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
        Sonra ŞREM-in Tarixi İrs və Etnoqrafiya şöbəsinin əməkdaşı Reyhan Məcidova öz çıxışında bunları söylədi: bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.çıxış edərək ya verdi.
        Tədbirdə, gənclər - Tarixi İrs və Etnoqrafiya şöbəsinin rəhbəri Rahim Həsənov “Xocalı faciəsinə qədər Azərbaycanda siyasi vəziyyət”, Landşaftşünaslıq şöbəsinin əməkdaşı Etibar Lətifov “Xocalı unudulmur”, Landşaftşünaslıq şöbəsinin əməkdaşı Aygün İsmayılova “Xocalı faciəsi dünya arenasında” adlı məruzələrlə çıxış etdilər.
        Sonda Landşaftşünaslıq şöbəsinin rəhbəri Hüseyn Mustafabəyli Xocalı haqqında xatirələrini bölüşdü.
        Tədbir Reyhan Miqdadqızının “Xocalım ay Xocalım” şeirini səsləndirməyi ilə sona çatıb.