Xəbər lenti‎ > ‎

Bu gün AMEA Şəki Regional Elmi Mərkəzində Xocalı soyqırımının anım tədbiri keçirildi

Отправлено 26 февр. 2014 г., 5:20 пользователем Murad Nabibekov   [ обновлено 26 февр. 2014 г., 22:35 ]
Bu gün AMEA Şəki Regioanal Elmi Mərkəzində Azərbaycan türklərinin başına gətirilən ən ağır və dəhşətli faciə - Xocalı soyqırımının anım tədbiri keçirildi.

        Anım mərasimindən əvvəl erməni vəhşiliyinin qurbanı olmuş Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

        Tədbirdə Xocalı soyqırımının ümumbəşəri faciə olduğunu vurğulayan natiqlər, bu soyqırımın dünyada tanıdılması istiqamətində görülən işlərdən danışdılar. 

        Tədbiri giriş sözü ilə açan Elmi Mərkəzin direktoru, geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadə XX əsrin əvvəllərindən etibarən Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş cinayətləri bütün dünya insanlığına qarşı törədilmiş cinayət adlandırdı. Xocalı faciəsinin XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi Azərbaycan xalqının qan yaddaşına yazılığını qeyd etdi.
        Mərasimdə çıxış edən mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov bildirdi ki, 22 il əvvəl baş verən faciədə 613 nəfər amansızcasına qətlə yetirilmiş, cinayətkarlar hətta meyitlərin təhqir edilməsindən belə çəkinməmişlər.
        Tədbirdə çixiş edən mərkəzin ümumi işlər üzrə direktor müavini Adil Həbibullayev, elmi katib, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov Xocalı faciəsinin dünya içtimaiyyətinə çatdırılmasının vacibliyindən, dünyanın müxtəlif şəhərlərində təşkil olunan “Xocalıya ədalət” kompaniyaları və bu işdə Azərbaycan dövlətinin fəaliyyətlərindən söz açdılar. Qeyd etdillər ki, Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması dövlətimizin həyata keçirdiyi məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.
        Eyin zamanda toplantıda o da xatırlandı ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.