Xəbər lenti‎ > ‎

Akademik Akif Əli Zadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında

Отправлено 25 февр. 2014 г., 22:50 пользователем Murad Nabibekov   [ обновлено 25 февр. 2014 г., 22:51 ]

A.A. Əli Zadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


        Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
        Azərbaycan Respublikasında elmin inkişafı və təşkili sahəsində səmərəli fəaliyyətinə, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə Akif Ağa Mehdi oğlu Əli Zadə “İstiqlal” ordeni ilə təltif edilsin.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 fevral 2014-cü il.