Xəbər lenti‎ > ‎

Akademik Akif Əlizadənin 80 illik yubileyi münasibətilə sərgi təşkil olunmuşdur

Отправлено 25 февр. 2014 г., 22:18 пользователем Murad Nabibekov   [ обновлено 25 февр. 2014 г., 22:18 ]
        AMEA prezidenti, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, akademik Akif Əlizadənin 80 illik yubileyi münasibətilə AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli alimin Azərbaycan və rus dillərində nəşr olunmuş kitabları və monoqrafiyalarından ibarət sərgi açılmışdır.

        Sərgidə A.Əlizadənin əsərləri, həyatı, elmi-təşkilati və ictimai fəaliyyəti haqqında olan ədəbiyyatlar ayrıca bölmələr altında öz əksini tapmışdır. Həmçinin yubiliyarın əsərləri, həyat və fəaliyyətini əks etdirən nəşrlər, o cümlədən elmi redaktoru olduğu kitablar və müxtəlif illərdə məqalələrlə çıxış etdiyi qəzet və jurnallar həm ənənəvi, həm də virtual şəkildə nümayiş etdirilmişdir. Eyni zamanda yubiliyarın həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən videomateriallar da təqdim edilmişdir. Sərgi 15 gün müddətində nümayiş olunacaq.
        Qeyd edək ki, MEK tərəfindən alimin həyat və fəaliyyətini əks etdirən şəxsi biblioqrafik göstərici nəşrə hazırlanmışdır.

Mənbə: www.science.gov.az