Xəbər lenti‎ > ‎

AMEA Folklor İnstitutunun yardımçı binasının açılışı olub

Отправлено 25 окт. 2014 г., 0:27 пользователем Murad Nabibekov   [ обновлено 25 окт. 2014 г., 0:27 ]
    Dünən - oktyabrın 24-də AMEA Folklor İnstitutunun Əhmədli qəsəbəsində yerləşən yardımçı binasının təmirdən sonra açılışı olub.

    Mərasimdə iştirak edən AMEA prezidenti, akademik Akif Əlizadə institutun müvafiq şöbələri üçün yaradılmış şəraitlə yaxından tanış oldu.
    İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov Folklor İnstitutunun nəzdində yaradılmış “Folklor studiyası” ilə bağlı AMEA prezidentinə ətraflı məlumat verdi, folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi istiqamətində görüləcək işləri diqqətə çatdırdı.
    Akademik Akif Əlizadə “Folklor studiyası”nın təkcə Azərbaycan xalqının deyil, eyni zamanda Azərbaycanda yaşayan digər xalqların milli-mənəvi irsinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayacağını vurğuladı. A.Əlizadə “Folklor studiyası” ilə bağlı təklif və tövsiyələrini səsləndirdi.
    AMEA prezidenti, həmçinin institutun binada yerləşən Musiqi folkloru, Aşıq yaradıcılığı şöbələri, Redaksiya-nəşr bölməsi“İrs” ansamblının işi ilə də yaxından tanış oldu, xüsusilə “İrs” ansamblının genişləndirilməsi, daha da təkmilləşdirilməsi, institutun nəşr işlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi.

Mənbə: www.science.gov.az