Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzində Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib

Отправлено 25 июн. 2015 г., 6:35 пользователем Murad Nabibekov   [ обновлено 25 июн. 2015 г., 6:36 ]
        İyunun 25-də AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM) Gənc alim və mütəxəssislər Şurasının təşəbbüsü və təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr edilmiş iclas keçirilib.

        Toplantı başlanmazdan əvvəl Azərbaycan Respublikasının Himni səsləndirilib.
        Tədbiri giriş sözü ilə açan ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü qısa olaraq 1998-ci il may ayının 22-də Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə iyun ayının 26-nın Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayaraq sözü Mərkəzin gənc əməkdaşlarına verib.
        ŞREM-in Gənc alim və mütəxəssislər Şurasının sədri Rahim Həsənov “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti”, gənc alim və mütəxəssislərdən Elşən Abdurahmanov “Qafqaz İslam Ordusu”, Şəfəq Mahmudova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı”, Ramil Teymurov “Cümhuriyyət generalları”, Habil xəlilov “Qafqaz islam ordusunda milli-mənəvi dəyərlərə bağlılıq” və Reyhan Məcidova “Cümhuriyyət ordusu Azərbaycan poeziyasında” mövzularında geniş və maraqlı cıxışlar etmişlər. Ekoloji coğrafiya şöbəsinin müdiri Yusif Rəhimov isə öz çıxışında Azərbaycan Xalq Cumhuriyyəti dönəmində Milli Ordunun yaradılmasında Şəkili hərbçilərin, xüsusən polkovnik Bəhram bəy Nəbibəyovun rolundan danışmışdır.
        Tədbirdə eyni zamanda Azərbaycan Xalq Cumhuriyyəti və onun ordusu ilə bağlı videocarx nümayış etdirilmişdir.
        Toplantının sonunda ŞREM-in direktoru, dosent Yusif şükürlü gənc alimlərə maraqlı və əhatəli çıxışları üçün xüsusi təşəkkürünü bildirmişdir.