Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzində Xocalı şəhidlərinin xatirəsi yad edildi

Отправлено 25 февр. 2015 г., 6:29 пользователем Murad Nabibekov   [ обновлено 25 февр. 2015 г., 6:30 ]
        Bu gün AMEA Şəki Regional Elmi Mərkəzinin Gənc alim və mütəxəssislər şurası Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirmişdir.


        Mərasimin əvvəlində tədbir iştirakçıları Xocalı şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər və Azərbaycanın himni səsləndirilmişdir.
        Tədbiri giriş sözü ilə açan Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyət əleyhinə törədilmiş cinayət olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan etmiş, dinc sakinləri məhv edərək insanlığa sığmaz qətliam törətmişlər.
        
Pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir” mövzusunda məruzə edərək Xocalıda mənfur qonşularımızın törətdikləri qırğında körpə uşaqlara, ahıl qocalara belə aman verilmədiyini vurğulamışdır. O, bildirmişdir ki, ermənilərin həyata keçirdikləri soyqırımın dünya ictimaiyyətinə çatdırılması məqsədilə rus və ingilis dillərində kitablar, məqalələr dərc olunmalı, beynəlxalq konfranslarda Qarabağ mövzusunda elmi faktlara əsaslanan çıxışlar edilməlidir. Professor, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən etibarən həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının məqsədyönlü fəaliyyət istiqamətlərindən də söhbət açmışdır.
        Geologiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəyli “Xocalı – hamımızın dərdi”, tarixçi Həbibilla Manaflı “Erməni-rus ittifaqının xalqımıza qarşı yeritdiyi Xocalı soyqırımı”, Günel Musayeva “Xocalını unutmayacağıq” və Yusif Rəhimov “Xocalı yaddaşı” mövzularında məruzələr etmişlər.
        Tədbirin sonunda Xocalı soyqırımından bəhs edən video-çarx nümayiş etdirilmişdir.