Xəbər lenti‎ > ‎

Tanınmış alim Zəkəriyyə Əlizadənin 80 yaşı tamam olur

Отправлено 25 янв. 2016 г., 4:05 пользователем Murad Nabibekov   [ обновлено 26 янв. 2016 г., 5:40 ]

        Fevralın 2-də AMEA Şəki Regional Elmi Mərkəzinin sabiq direktoru, hazırda həmin mərkəzin elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadənin 80 yaşı tamam olacaq.

        Zəkəriyyə Mabud oğlu Əlizadə 2 fevral 1936-cı ildə Şəki şəhərində anadan olmuşdur. Şəki şəhər 10 saylı orta məktəbində orta təhsil almış, sonra isə Azərbaycan Sənaye İnstitutunda (İndiki Azərbaycan Neft Akademiyasında) daş mühəndisi-geoloq ixtisasına yiyələnmişdir. Litologiya, geokimya ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 55 elmi əsərin, 3 monoqrafiyanın müəllifidir. Xarici ölkələrdə 10-dan çox elmi əsəri çapdan çıxmışdır. 4 müəlliflik şəhadətnaməsi və patent almışdır. 1972-ci ildən 1995-ci ilədək Azərbaycan EA-nın Fizika institutunun nəzdində yaradılmış Şəki Zona Elmi Bazasının direktoru, 1995-ci ildə müəssisə Şəki Regional Elmi Mərkəzinə çevrildikdən sonra isə həmin müəssisənin direktoru olmuşdur. Z.Əlizadənin öz xahişi ilə tutduğu vəzifədən azad olunması barədə AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixdə keçirilmiş iclasında qərar qəbul olunmuşdur. Direktor vəzifəsindən azad olunduqdan sonra Z.Əlizadə mərkəzdə aparıcı elmi işçi vəzifəsində saxlanılmışdır.
        Yubilyar 1993-1999 illərdə Bakı Dövlət Universitetinin Şəki filialında Diyarşunaslığın əsasları və Təbiətşunaslıq fənnindən dərs demişdir.
        AMEA Şəki Regional Elmi Mərkəzinin kollektivi görkəmli alimi 80 illik yubileyi münasibəti ilə təbrik edir. Ona Ulu Tanrıdan möhkəm can sağlığı, uzun ömür arzulayır.