Xəbər lenti‎ > ‎

"Nəsrimizin davamçıları" adlı hekayə müsabiqəsinə yekun vuruldu (foto)

Отправлено 25 дек. 2014 г., 6:45 пользователем Murad Nabibekov   [ обновлено 26 дек. 2014 г., 0:30 ]
        Bu gün Şəkinin "Çələbi Xan" restoranında AMEA Şəki Regional Elmi Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurası ilə YAP Şəki təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə məktəb şagirdləri arasında keçirilən "Nəsrimizin davamçıları" adlı hekayə müsabiqəsinin yekun tədbiri və qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

        
AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü tədbiri giriş sözü ilə açıq elan etdikdən sonra mükafatlandırılma mərasimi başlandı.
        Tədbirdə "Kədərin rəngi və ya qırmızı boğunbağının hekayəsi" görə I yeri tutmuş müsabiqənin qalibi -18 saylı orta məktəbin X sinif şagirdi Aqil Kərimli, "Sevgi işığı" hekayəsinə görə II yeri tutmuş 12 saylı orta məktəbin VIII sinif şagirdi Ləman Mahmudova, "Əski döşəkçə" hekayəsinə görə II yeri tutmuş 18 sayıl orta məktəbin şagirdi Mülayim Hümmətova, "Bir ədəd lobya" hekayəsinə görə II yeri tutmuş 5 saylı orta məktəbin IX sinif şagirdi Səbinə Rzayeva, "Qayıdacağamhekayəsinə görə III yeri tutmuş 1 saylı orta məktəbin VIII sinif şagirdi Ayşən İmamverdiyeva, "Vətən oğluhekayəsinə görə III yeri tutmuş 5 saylı orta məktəbin XI sinif şagirdi Anar Yaqublu "Like" hekayəsinə görə həvəsləndirici yerin qalibi 5 saylı orta məktəbin IX sinif şagirdi Yusif İbrahimov mükafatlandırıldılar.
        Müsabiqəyə aşağı sinif şagirdləri tərəfindən təqdim edilmiş hekayələrə görə də yazı müəlliflərinə həvəsləndirici hədiyyələr verildi.