Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzinə ağıt itki üz vermişdir

Отправлено 24 сент. 2015 г., 0:21 пользователем Murad Nabibekov   [ обновлено 24 сент. 2015 г., 0:22 ]
        AMEA Şəki Regional Elmi Mərkəzinin ümumi işlər üzrə direktor müavini Simurq Niyazi oğlu Məmmədov bu gün - sentyabrın 24-də gecə saatlarında dünyasını dəyişmişdir.

        Simurq Məmmədov ŞREM-də 1998-ci ildən əmək fəaliyyətinə başlamışdır. Çalışdığı müddətdə mədəni və yabanı meyvə genefondu bağının qorunub saxlanmasında, bağlarda aqrotexniki xidmətlərin yerinə yetirilməsində, eləcə də mərkəzdə əməyin mühafizəsi və yanğın təhlükəzliyi istiqamətində profilaktik tədbirlərin mütəmadi olaraq həyata keçirilməsində xüsusi xidmətləri olmuşdur. Daim Mərkəzin təsərrüfat işlərinin təşkili və həyata keçirilməsində aktiv iştirakı olmuş, ümumi işlərə nəzarət etmişdir.
        S.Məmmədov 2014-cü ildə AMEA Şəki Regional Elmi Mərkəzinin ümumi işlər üzrə direktor müavini təyin edilmişdi.
        Allah rəhmət eləsin.