Xəbər lenti‎ > ‎

“Əbdürrəhman Cami və müasirlik” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Отправлено 24 сент. 2014 г., 6:29 пользователем Murad Nabibekov   [ обновлено 24 сент. 2014 г., 6:33 ]
    Sabah - sentyabrın 25-də saat 10:30-da AMEA-nın Əsas binasında fars-tacik alimi və şairi Əbdürrəhman Caminin 600 illik yubileyinə həsr olunmuş “Əbdürrəhman Cami və müasirlik” adlı beynəlxalq konfrans keçiriləcək.

    Tədbirdə Azərbaycanla yanaşı, Tacikistan, İran və Əfqanıstandan olan alimlər məruzələrlə çıxış edəcəklər. Cami yaradıcılığı ətrafında ədəbi, fəlsəfi müzakirələr aparılacaq.
    Qeyd edək ki, tədbir AMEA və Tacikistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Mənbə: www.science.gov.az