Xəbər lenti‎ > ‎

Azərbaycan Alimlərinin I Qurultayı ilə bağlı müzakirələr aparılıb

Отправлено 24 сент. 2014 г., 6:27 пользователем Murad Nabibekov   [ обновлено 24 сент. 2014 г., 6:27 ]
Bu il dekabrın 19-da Bakıda Azərbaycan Alimlərinin I Qurultayı keçiriləcək.

    AMEA Rəyasət Heyətində təşkil olunmuş müşavirədə AMEA prezidenti, akademik Akif Əlizadə qurultayın tədbirlər planından bəhs edib. Bildirib ki, planda işçi qrupunun yaradılması, yerli və xarici qonaqların müəyyənləşdirilməsi və onlarla müvafiq işlərin aparılması, qurultayın redaksiya heyəti və katibliyinin təyin edilməsi və digər məsələlər yer alır. Bundan əlavə, tədbirdə çıxış edəcək alimlərin məruzələrinin toplanması və “Azərbaycan alimlərinin I qurultayının materialları” adlı kitabın hazırlanması da nəzərdə tutulur. Qeyd olunub ki, qurultayın dövlət səviyyəsində təşkili məqsədilə ölkə rəhbərliyinə müraciət ediləcək. Tədbirdə dünyanın müxtəlif ölkələrindən azərbaycanlı alimlər, həmçinin respublika üzrə bütün elm və təhsil müəssisələrindən nümayəndələr iştirak edəcəklər. Qurultay Təhsil Nazirliyi,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Mənbə: www.science.gov.az