Xəbər lenti‎ > ‎

AMEA Əlyazmalar İnstitutu İslam Əlyazmaları Assosiasiyasının üzvü seçilib

Отправлено 24 янв. 2015 г., 12:03 пользователем Murad Nabibekov   [ обновлено 24 янв. 2015 г., 12:04 ]

        AMEA Əlyazmalar İnstitutu Böyük Britaniyanın Kembric Univeritetinin nəzdində yaradılmış İslam Əlyazmaları Assosiasiyasının (The İslamic Manuscript Assosation) üzvü seçilib.


        Qeyd edək ki, İslam Əlyazmaları Assosiasiyası islam əlyazma kolleksiyalarını qorumaq və onlarla işləyənlərə dəstək göstərmək üçün yaranmış Beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Böyük Britaniyanın Kembric şəhərində fəaliyyət göstərən təşkilat İslam Əlyazmalar kolleksiyalarının mükəmməl formada qorunmaması və onlardan istifadə imkanlarının tam olmaması ehtiyacından yaranmışdır. Assosiasiyanın dünyanın 25 ölkəsindən (Misir, Özbəkistan, ABŞ, İtaliya, Macarıstan, Fransa, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Albaniya, Əlcəzair, Hindistan, Mərakeş və s.) 600-ə yaxın üzvü var.
Mənbə: www.science.gov.az