Xəbər lenti‎ > ‎

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Əlyazmalar İnstitutunda olub

Отправлено 24 янв. 2014 г., 8:53 пользователем Murad Nabibekov   [ обновлено 24 янв. 2014 г., 8:58 ]
Yanvar ayının 23-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət etmiş, institutun direktor əvəzi, filologiya elmləri doktoru Paşa Kərimovla söhbət etmiş, əlyazmalar sərgisinə baxmışdır. 

Söhbət zamanı Səudiyyə Ərəbistanı ilə Azərbaycanın vahid bir islam mədəniyyətini təmsil etməsi, vətənimiz müstəqilliyinə qovuşduqdan sonra iki ölkə arasında mədəni əlaqələri dərinləşdirmək imkanlarının xeyli genişlənməsi xüsusi olaraq vurğulanmışdır. 

Səfir Əlyazmalar İnstitutunda saxlanan zəngin irsin qorunması, təmsil etdiyi ölkənin qurumları ilə müvafiq müqavilələrin bağlanması sahəsində əlindən gələn köməyi əsirgəməyəcəyini vəd etmişdir.
Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov cənab səfirə minnətdarlığını bildirmiş, əlyazmaların bərpası və rəqəmsallaşdırılması sahəsində yardıma ümid etdiyini söyləmişdir.
Sonda hər iki tərəf belə görüşlərin ardıcıl olmasının gərəkliyini bildirmişlər.

Mənbə: www.elyazmalarinstitutu.com