Xəbər lenti‎ > ‎

Məczub Təbrizinin anadilli divanı ilk dəfə olaraq çap edilib

Отправлено 24 янв. 2014 г., 8:49 пользователем Murad Nabibekov   [ обновлено 24 янв. 2014 г., 8:50 ]
«Elm və təhsil» nəşriyyatında Səfəvilər dövründə yaşamış görkəmli Azərbaycan alimi və şairi Məczub Təbrizinin anadilli divanı ilk dəfə olaraq çap edilmişdir. 

Kitabı filologiya elmləri doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi nəşrə hazırlamışlar. 

Məhəmmədəli Hüseyni və Paşa Kərimov kitaba yazdıqları ön sözdə Məczub Təbrizinin əlyazmaları Leyden Universiteti Kitabxanası və Qahirə Milli Kitabxanasında saxlanan divanı, elm və anadilli poeziyamızın inkişafındakı xidmətləri barədə məlumat vermişlər.

Mənbə: http://www.elyazmalarinstitutu.com/150.htm