Xəbər lenti‎ > ‎

Azərbaycanlı alim beynəlxalq simpoziumda iştirak edib

Отправлено 23 дек. 2014 г., 1:54 пользователем Murad Nabibekov   [ обновлено 23 дек. 2014 г., 1:55 ]
        Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərov dekabrın 18-dən 20-dək Türkiyənin Diyarbakır vilayətində keçirilmiş “Köçün 100-cü ildönümündə Osmanlının son dövründəki üsyanlar” (“Tehcirin 100 yılında Osmanlının son dönemindeki isyanlar”) mövzusunda beynəlxalq simpoziumda iştirak edib. 

        Diyarbakır valiliyi, Türk Tarix Qurumu və Diclə Universitetinin birgə təşkil etdiyi tədbirə Azərbaycanla yanaşı, Türkiyənin bir sıra ali məktəblərindən alimlər də qatılıblar.
Simpoziumda Faiq Ələkbərov “Osmanlı türklərinin tənəzzülündə Qərb milliyətçiliyinin rolu” adlı məruzəsi ilə çıxış edib. O, Qərb və Şərq millətçiliyinin tarixindən, Qərb sivilizasiyasının türk-islam mədəniyyətinə, türklərin milli şüuruna təsirindən söz açıb.Öz mədəniyyəti, fəlsəfəsi, hürriyəti olmayan millətin məhvə məhkum olduğunu bildirən azərbaycanlı alim kənar toplumların ideyalarını yamsılamaqla deyil, onlardan yararlanmaqla yeni bir cəmiyyət qurmağın faydalı olduğunu söyləyib.