Xəbər lenti‎ > ‎

“Muhammed Hüseyin Şehriyar” adlı monoqrafiya Türkiyədə işıq üzü görüb

Отправлено 23 окт. 2014 г., 6:15 пользователем Murad Nabibekov   [ обновлено 23 окт. 2014 г., 6:16 ]
    AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın (Şükürova Esmira Seyfəl qızı) “Muhammed Hüseyin Şehriyar” monoqrafiyası İstanbulda (Türkiyə) nəşr olunub.

    “Peon Atlantis” nəşriyyat evində çapdan çıxmış kitabda XX əsrdə bütün türk dünyasının ən sevilən şairlərindən biri olmuş, dövrünün poeziya günəşi, Hafizi-sanisi, Sədisi kimi dəyərləndirilmiş ustad şair M.Şəhriyarın həyatı, ədəbi mühiti, bədii irsi araşdırılır. Azərbaycan xalqının milli psixologiyası, milli adət-ənənələri və bayram mərasimləri, milli mətbəx xüsusiyyətləri tədqiqatçı tərəfindən özünəməxsus üslubda tədqiq olunur, M.Şəhriyarın Cənubi Azərbaycan ədəbiyyatındakı mövqeyi, Yaxın Şərqdə və türk xalqları yaşayan bölgələrdə ədəbi təsir dairəsi, həmçinin yaradıcılığının sənətkarlıq xüsusiyyətləri və poetik qaynaqları öyrənilir.
    Qeyd edək ki, yaxın günlərdə İstanbul Böyük Şəhər Bələdiyyəsi Topkapı “Türk Dünyası Kültür Evləri” A.Ş. Mərkəzi”ndə M.Şəhriyarın vəfatının 25-ci ildönümü ilə əlaqədar olaraq keçirilmiş anım mərasimində də müəllifin “Muhammed Hüseyin Şehriyar” kitabının Türkiyə nəşrinin təqdimatı olub.

Mənbə: www.science.gov.az