Xəbər lenti‎ > ‎

AMEA-nın “British Petroleum” şirkəti ilə birgə həyata keçirdiyi işlər müzakirə olunacaq

Отправлено 27 апр. 2014 г., 2:01 пользователем Murad Nabibekov   [ обновлено 27 апр. 2014 г., 2:02 ]
    AMEA prezidenti, akademik Akif Əlizadə və vitse-prezident, akademik İbrahim Quliyev İngiltərənin “British Petroleum” şirkəti ilə birgə görülən işlərin müzakirəsində iştirak etmək üçün London şəhərinə ezam olunub.

    Aprelin 22-də başlamış səfər 28-dək davam edəcək. Akademiyanın elmi əlaqələrinin genişləndirilməsi məqsədlərinə xidmət edən səfər çərçivəsində Rusiya Elmlər Akademiyasının alimləri ilə də görüşlər keçirilib.

Mənbə: www.science.gov.az