Xəbər lenti‎ > ‎

“Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz. 1903-cü il” xəritələrinin təqdimatı keçiriləcək

Отправлено 23 янв. 2015 г., 9:17 пользователем Murad Nabibekov   [ обновлено 23 янв. 2015 г., 9:17 ]
        Yanvarın 27-də saat 11:00-da AMEA-nın Əsas binasının dairəvi zalında “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz. 1903-cü il” xəritələrinin təqdimat mərasimi keçiriləcək.


        Tədbir AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) və AMEA-nın birgə təşkilatçılığı ilə baş tutacaq.
        Təqdimat mərasimində DTXK-nin sədri, Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov “Azərbaycan Respublikasının Milli Atlası” məxsusi kartoqrafik əsərdir”, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Azərbaycan dövlətçilik tarixinin mühüm hadisəsi” mövzusunda məruzələrlə çıxış edəcəklər.

        Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti, 115
Mənbə: www.science.gov.az