Xəbər lenti‎ > ‎

Milli Azərbaycan Tarixi Muzeyinə qızıl əşyalar təhvil verilib

Отправлено 23 янв. 2015 г., 5:31 пользователем Murad Nabibekov   [ обновлено 23 янв. 2015 г., 5:35 ]
        AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fonduna son illər Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı Masallı, Ağstafa, Tovuz, Goranboy, İsmayıllı və Oğuz rayonlarında aşkar edilmiş qızıldan olan otuz ədəd (16 saxlanma vahidi) material təhvil verilib.

        Qeyd edək ki, arxeoloji əşyalardan ən qədimləri Oğuz rayonunun kurqan qəbirlərindən tapılıb. Tapıntıların yaşları 4 min ildən artıqdır.

Mənbə: Science.az

        P.S. Fotoda: AMEA Arxeologiya və Etnoqrafiya institutunun Şəki, Qax, Oğuz ekspedisiyasının rəisi Nəsib Muxtarovun rəhbərliyi ilə Oğuz rayonunun Kərimli kəndində "Hökmdar məzarlığı"nda aparılmış arxeoloji qazıntılar nəticəsində tapılmış çəkisi 59 qram olan qızıldan hazırlanmış "Öküz başı".