Xəbər lenti‎ > ‎

İpək qurdunun tut yarpağından asılılığı aradan qaldırılacaq (video)

Отправлено 22 нояб. 2014 г., 5:38 пользователем Murad Nabibekov   [ обновлено 22 нояб. 2014 г., 5:48 ]
        Şəkidə ipək istehsalında yeni texnologiyalar tətbiq ediləcək. 

        İpək qurdlarının yemlənməsindəki bu yeniliklər tut yarpağından asılılığı aradan qaldıracaq. Bir sözlə, son illər tut bağlarının azalması artıq ipəkçiliyin inkişafına mane olmayacaq. Son illər tut bağlarının azalması ipək istehsalında müəyyən problemlər yaradırdı. Tut bağlarından asılılığı aradan qaldırmaq üçün AMEA Şəki Regional Elmi Mərkəzi tərəfindən ipəkçilik sahəsində yeni texnologiyaların tətbiqi üzərində işlər aparılır. Ucuz və rahat istehsal edilən süni yemlərin əldə edilməsi istiqamətində səylər davam etdirilir. Mərkəzin əməkdaşları süni yemin ölkəyə gətirlməsi ilə bağlı bəzi ölkələrlə danışıqlar aparırlar. Yüksək əmək tələb etməyən və iqtisadi baxımdan sərfəli olan süni yemlər ildə bir dəfə yox, 3-4 dəfə məhsul götürməyə imkan verəcək. Artıq bəzi ölkələr bu yolla məhsuldarlığı artırmağa nail olub. Lakin yerli qurdların süni yemi qəbul etməməsi yeni qurd növlərinin gətirilməsini zəruri edir. 
        Elmi mərkəzin əməkdaşları yeni qurd növlərini gətirməyi və yerli cinsləri hibridləşdirməyi planlaşdırır. Qeyd edək ki, bütün bu işlərə 2015-ci ildən başlanılacaq. 2020-ci ilin sonuna qədər Şəkidə süni yem istehsal ediləcək və bu yemlə bəslənən yeni cinslər yetişdiriləcək.

Mənbə: Kanal S