Xəbər lenti‎ > ‎

ELAN: AMEA Rəyasət Heyəti akademiyanın gənc alimləri üçün qrant müsabiqəsi elan edir

Отправлено 21 мая 2014 г., 23:57 пользователем Murad Nabibekov   [ обновлено 21 мая 2014 г., 23:58 ]
AMEA Rəyasət Heyəti 28 May – Respublika Günü münasibətilə AMEA-nın gənc alimləri üçün qrant müsabiqəsi elan edib.


    Müsabiqədə AMEA-nın üzvləri, həmçinin AMEA elmi müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən, yaşı 35-dək olan gənc alimlər iştirak edə bilər.
    Müsabiqədə iştirak etmək üçün irəli sürülən gənc alimlər son 3 ildə başa çatdırdıqları elmi tədqiqatlar, mühüm elmi nailiyyətləri və onların elmi-praktiki əhəmiyyəti haqqında dolğun məlumatı (müəyyən edilmiş formaya uyğun olaraq) mayın 30-dək AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-Təşkilat İdarəsinətəqdim etməlidirlər.

Tel.: 492-59-45; 
E-mail: eti@science.az

Mənbə: www.science.gov.az