Xəbər lenti‎ > ‎

Rumıniyanın Sinaia şəhərində “Üzvi kənd Təsərrüfatı - indi və gələcək“ mövzusunda Beynəlxalq konfrans keçirilir

Отправлено 22 апр. 2015 г., 2:44 пользователем Murad Nabibekov   [ обновлено 22 апр. 2015 г., 2:44 ]
        Aprelin 19-da Rumıniya Respublikasının Sinaia şəhərində Buxarest “Biomühəndislik, biotexnologiya və ətraf mühit” Elmi-Tədqiqat İnstitutu ilə Bolqarıstanın “Xəzər dənizi Mərkəzi Asiya İpək Cəmiyyəti “nin birgə təşkilatçılığı ilə “Üzvi kənd Təsərrüfatı - indi və gələcək “ mövzusunda Beynəlxalq Konfrans öz işinə başlamışdır.

        Konfransda dünyanın ipəkçiliklə məşğul olan aparıcı dövlətlərindən Çin, Yaponiya, Türkiyə, Rusiya, Azərbaycan, Özbəkistan və digər ölkələrdən dəvət edilmiş alim və mütəxəssislər iştirak edirlər.
        
Toplantıda Azərbaycandan dəvət olunmuş nümayəndə - AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü aprelin 21-də “Tut ipəkqurdunun cinsinin idarə olunması” mövzusunda məruzə etmişdir. Y.Şükürlünün çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.
        Tədbir aprelin 24-dək davam edəcəkdir.
        Yuxarıdakı fotoda: Yusif Şükürlü (sağdan 2-ci) təşkilat komitəsinin üzvləri ilə birlikdə.