Xəbər lenti‎ > ‎

Görkəmi rus yazıçısı Mixail Lermontovun əsərinin XIX əsrdə edilmiş tərcüməsi tapılıb

Отправлено 21 окт. 2014 г., 4:53 пользователем Murad Nabibekov   [ обновлено 21 окт. 2014 г., 4:53 ]
    AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov məşhur rus yazıçısı Mixail Lermontovun “Zəmanəmizin qəhrəmanı” romanının XIX əsrdə Bina Əli bəy Qazi Arif Əfəndizadə tərəfindən edilmiş tərcüməsini üzə çıxararaq tədqiqata cəlb edib.

    1900-cü ildə tamamlanmış və 523 səhifədən ibarət tərcümə “Bizim vaxtın pəhləvanı hekayələrindən” adlanır. Burada “Maksim Maksimıç”, “Peçorinin dəftərindən”, “Fatalist” hekayələri öz adı ilə verildiyi halda, “Bela”, “Ziba xanım”, “Knyajna Nuri” hekayələri “Meri xanım” adı ilə gedib.
    Əsər XIX əsr Azərbaycan tərcümə ədəbiyyatının öyrənilməsi baxımından böyük maraq kəsb edir.
    Romanın tərcüməsindən bir hissə mətbuata təqdim olunub.

Mənbə: www.science.gov.az