Xəbər lenti‎ > ‎

AMEA sistemində çalışanların əmək şəraiti daha da yaxşılaşdırılacaq

Отправлено 21 окт. 2014 г., 4:48 пользователем Murad Nabibekov   [ обновлено 21 окт. 2014 г., 4:54 ]
    AMEA Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev Coğrafiya İnstitutunun əməkdaşları ilə görüşüb.

    İnstitutun direktoru, akademik Ramiz Məmmədov əməkdaşların elmi və ictimai həyatında həmkarlar ittifaqının rolundan danışıb. O, belə görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.
    Coğrafiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev bu elmi qurumun həmkarlar komitəsinin vəzifələri və mövcud problemlərin həlli yolları haqqında ətraflı məlumat verib.
    Həmkarlar ittifaqının qarşısında duran vəzifələrdən söz açan AMEA Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev akademiya sistemində çalışanların əmək şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, işçilərin sağlamlığının mühafizəsi istiqamətində ardıcıl tədbirlərin həyata keçiriləcəyini bildirib.
    Görüşdə Azad Həmkarlar İttifaqının Rəyasət heyətinin üzvü, iqtisadiyyat üzrə fəlsəfə doktoru Pərviz Həsənov və ittifaqın sədr müavini Səyyar Abdullayev də iştirak ediblər.
    Sonra institut əməkdaşlarının sualları cavablandırılıb.

Mənbə: www.science.gov.az