Xəbər lenti‎ > ‎

7 alim Azərbaycanın görkəmli alimlərinin adlarını daşıyan mükafatlarla təltif edilib

Отправлено 21 апр. 2014 г., 7:02 пользователем Murad Nabibekov   [ обновлено 21 апр. 2014 г., 7:03 ]
    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 7 alimi Azərbaycanın görkəmli alimlərinin adlarını daşıyan mükafatlarla təltif ediliblər.

    Xatırladaq ki, Rəyasət Heyəti bu il fevralın 5-də adlı mükafatların təsis edilməsi haqqında qərar qəbul etmiş, 9 aprel tarixli iclasında isə mükafata layiq görülən alimlərin adlarını açıqlamışdır.
    AMEA-nın ümumi yığıncağında mükafatlar sahiblərinə təqdim edilib.
    Tədbirdə mükafatların əhəmiyyətindən danışan AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, onların təsis olunmasında məqsəd elmin inkişafında mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın görkəmli alimlərinin xatirəsini əbədiləşdirməkdir.
    Daha sonra AMEA rəhbəri alimlərin mükafatlarını təqdim edib.
    Akademik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülüb. Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə akademikCəlal Əliyev və AMEA-nın müxbir üzvü İradə Hüseynova Həsən bəy Zərdabi adına mükafatla təltif olunublar. Həmçinin, akademik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adına, akademik Böyükkişi Ağayev səhiyyənin və tibb elminin fundamental, tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətlərinə və nailiyyətlərə görə akademik Mirəsədulla Mirqasımov adına, akademik Məhərrəm Məmmədyarov xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kimya sahəsində əldə etdiyi nailiyyətlərə görə akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogoya elmləri doktoru Fərid Dadaşov isə geologiya sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə akademik Musa Əliyev adına mükafata layiq görülüblər.
    Alimlərə adlı mükafatlarla yanaşı, diplom və beş min manat həcmində pul mükafatı da təqdim olunub.

Mənbə: www.science.gov.az