Xəbər lenti‎ > ‎

“Facebook”da “Yardım et” düyməsi istifadəyə verilib

Отправлено 20 дек. 2013 г., 0:09 пользователем Murad Nabibekov   [ обновлено 28 дек. 2013 г., 0:13 ]
“Facebook” sosial şəbəkəsində “Yardım et” ("Donate") düyməsi istifadəyə verilib. Yeni funksiya xeyriyyə təşkilatlarının səhifələri və postlarında görünəcək. 

pitbit.ru saytının məlumatına görə, hazırda Qırmızı Xaç, Amerika Kliniki Onkologiya Cəmiyyəti və Water.org-un Facebook səhifələrində bu funksiyadan istifadə olunur. Xeyriyyə təşkilatları layihəyə qoşulmaq üçün sosial şəbəkənin saytındakı ərizəni doldurmalıdırlar. 

İstifadəçilər yeni düymənin köməyi ilə 10, 25, 100 və ya 250 dollar məbləğində yardım edə biləcəklər. 

Mənbə: www.iсt.az