Xəbər lenti‎ > ‎

“Mirzə Fətəli Axundzadə Ensiklopediyası”nın redaksiya heyətinin tərkibi təsdiq olundu

Отправлено 19 окт. 2009 г., 21:44 пользователем Aydin Mammadov   [ обновлено 27 дек. 2013 г., 23:39, автор: Murad Nabibekov ]
Xatırladaq ki, Prezident İlham Əliyevin 2010-cu il tarixli Sərəncamına əsasən, M.F.Axundzadənin 200 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanmışdır. Tədbirlər planında ensiklopediyanın hazırlanması da nəzərdə tutulmuşdur.

 

AMEA Rəyasət Heyətinin qərarı ilə redaksiya heyətinin tərkibinə akademik İsa Həbibbəyli, Azərbaycanın Polşadakı səfiri, tarix üzrə elmlər doktoru Həsən Həsənov, akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvləri Tofiq Hacıyev,Məsumə Məlikova və Teymur Kərimli, filologiya üzrə elmlər doktorları - Aybəniz Əliyeva-KəngərliHimalay QasımlıZaman Əsgərli və Cavanşir Yusifli, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova və fəlsəfə üzrə elmlər doktoru Arzu Hacıyeva təsdiq olunublar.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

Comments