Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzində AMEA Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin əməkdaşları ilə görüş keçirilmişdir

Отправлено 20 мая 2015 г., 5:36 пользователем Murad Nabibekov   [ обновлено 20 мая 2015 г., 5:36 ]
        Bu gün AMEA Şəki Regional Elmi Mərkəzində keçirilən yığıncaqda AMEA Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin rəis müavini Rzaqulu Hacıyev, idarənin Qanunvericilik təminatı şöbəsinin rəis müavini Anar Əliyev, kadrlar şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Mahmudova, ŞREM-in rəhbərliyi, şöbə müdirləri və mütəxəssisləri iştirak etmişlər.


        Yığıncağın keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, təşkilat və müəssisələrdə kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun şəkildə sənədləşmənin aparılmasına və Azərbaycan Respublikası Prezidentinin 27.12.2013-cü il tarixli sərəncamı ilə Əmək Məcəlləsində edilmiş dəyişikliklərin, eləcə də kadr sahəsində sənədləşmənin aparılmasına metodiki və praktiki köməkliyin göstərilməsindən ibarət idi.
        Yığıncağı ŞREM-in direktoru fizika-riyaziyyat üzra fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq toplantının məqsədini iştirakçıların diqqətinə çatdırdı.
        Sonra Rzaqulu Hacıyev apardıqları araşdırma və yoxlamaların nəticələri haqda izahat verərək sözügedən məsələ ilə bağlı buraxılan nöqsanları və qarşıda duran vəzifələri qeyd etməklə ŞREM-in rəhbərliyinə və kollektivinə yaradıcı işlərində, o cümlədən kargüzarlıq istiqamətində görülməsi nəzərdə tutulmuş işlərdə müvəffəqiyyətlər arzuladı.
M.Nəbibəyov,
AMEA Şəki Regional Elmi Mərkəzi,
İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs
Şəki şəhəri, 20 may 2015-ci il