Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzində innovativ işlərə həsr edilmiş tədbir keçirilmişdir

Отправлено 20 мая 2015 г., 5:13 пользователем Murad Nabibekov   [ обновлено 20 мая 2015 г., 5:15 ]
Bu gün Şəki Regional Elmi Mərkəzində AMEA Rəyasət Heyətinin İnnovasiya Şöbəsinin rəisi, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Babayev, şöbənin rəis müavini, aqrar elmləri üzrə fəlsəfə doktoru Elxan Bayramov, AQRIBIOEKOTEX LTD-nin baş direktoru Əli Əli-zadə ilə görüş keçirilmişdir.


Tədbiri giriş sözü ilə ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq, əvvəlcə yığıncaq iştirakçılarını qonaqlarla tanış etdi.
        Sonra AMEA Rəyasət Heyətinin İnnovasiya Şöbəsinin rəisi, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Babayev ölkə rəhbərliyinin akademiya qarşısında qoyduğu vəzifələrdən danişdı. O, bildirdi ki, akademiya artıq innovativ işlərə daha böyük qiymət verir.
        AQRIBIOEKOTEX LTD-nin baş direktoru Əli Əlİ-zadə görüş iştirakçılarına rəhbərlik etdiyi şirkət və onun məhsulları haqda ətraflı məlumat verdi. O , bildirdi ki, şirkət ekoloji təmiz məhsul almaq üçün yeni orqanik, üzvi, üzvi-mineral gübrələr və bakteriyalar kəşf etmiş və həmin məhsullara görə Avropada patentlər almışdır. Sonda Əli Əli-zadə iclas iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
M.Nəbibəyov,
AMEA Şəki Regional Elmi Mərkəzi,
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Şəki şəhəri, 20 may 2015-ci il