Xəbər lenti‎ > ‎

Bəxtiyar Vahabzadənin anadan olmasının 89-cu ili ilə bağlı anım mərasimi keçirilmişdir.

Отправлено 19 авг. 2014 г., 6:34 пользователем Murad Nabibekov   [ обновлено 19 авг. 2014 г., 6:35 ]
    Şəki Regional Elmi Mərkəzində xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 89-cu ili ilə bağlı anım mərasimi keçirilmişdir.

    Mərasimi çıxış sözü ilə açan Mərkəzin direktoru, geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadə şairlə bağlı unudulmaz xatirələrindən söhbət açdı. Natiq bildirdi ki, xalq şairi ömrü boyunca Azərbaycanın dərdi ilə dərdlənən, əsərlərində və çıxışlarında bunu daim diqqətdə saxlayan bir dahi idi.

    Daha sonra şair haqqında fikirlərini söyləyən Mərkəzin aparıcı mütəxəssisi professor Firədun İbrahimov, Vahabzadənin vətənpərvər bir şair olduğunu, bu səbəblə onun yalnız Azərbaycanda deyil, eləcə də ölkəmizdən kənarda xüsusən Türk Dünyasında yaxşı tanındığını söylədi.

    Ardından Mərkəzin Ümumi İşlər üzrə Direktor Müavini və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rahim Həsənov çıxış etdi.

    Sonra Mərkəz əməkdaşlarından Reyhan Miqdad qızı Məcidovanın “Poeziyamızın günəşi öz misralarında”, Aygül Nazim qızı Xəlilovanın “Ədəbiyyatımızın Bəxtiyar zirvəsi” və Günel Adışirin qızı Musayevanın “Əbədi yaşar şair Bəxtiyar Vahabzadə” adlı çıxışları dinlənildi.