Xəbər lenti‎ > ‎

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının nümaəndələri bölgələrdə elmin təbliği və təşviqinə dair layihə çərçivəsində Şəkidə olublar (FOTOLAR)

Отправлено 19 мая 2014 г., 7:48 пользователем Murad Nabibekov   [ обновлено 20 мая 2014 г., 5:38 ]
   
AMEA Gənc Alim və Mütəxəssislər Şurası regionlarda elmin təbliği layihəsi çərçivəsində “Ən son elmi nailiyyətlərimiz” mövzusunda tələbə və magistrlər üçün təşkil etdikləri elmi seminarların miqyasını genişləndirir. Bu silsilədən ikinci görüş Şəkidə baş tutub.


    Qonaqlar dünən 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günləri çərçivəsində Şəki şəhərindəki tarixi sənət əsəri, dünya abidələri siyahısına daxil edilmiş “Şəki xan sarayı”nda olublar. 
    Səfərin növbəti günü, ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarətilə başlayıb. Şəki Şəhər Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra gənc alimlər Azərbaycan Müəllimlər İnstitutunun filialında Yeni Azərbaycan Partiyasının Şəki Şəhər Təşkilatının gənclərinin iştirakı ilə layihənin proqramına uyğun olaraq, tələbə və magistrlər üçün təşkil olunan seminarda iştirak ediblər.
    
Görüşdə giriş nitqi ilə çıxış edən AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-mineralogiya üzrə elmlər doktoru Zəkəriyyə Əlizadə ilk dəfə olaraq gənc alimlər tərəfindən ümumrespublika üzrə regionlarda elmin təbliği istiqamətində göstərilən təşəbbüsü təqdirəlayiq hal hesab edib, Şəkidə təşkil olunan bu tədbiri AMEA rəhbərliyinin bu bölgəyə olan diqqətinin bariz nümunəsi kimi qiymətləndirib.
    Yeni Azərbaycan Partiyasının Şəki Şəhər Gənclər Təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək, rəhbərlik etdiyi təşkilatın gənclərlə bağlı gördüyü işlər haqqında məlumat verib, bu layihənin region gənclərinin elmə cəlb olunmasında xüsusi əhəmiyyətini olduğunu vurğulayıb.
    AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoruFamin Salmanov seminarın təşkili ilə bağlı iştirakçılara ümumi məlumat verərək bildirib ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi altında Azərbaycan elminin inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyulub. Əsas hədəflərdən biri də məhz elmə gənclərin axının sürətləndirilməsi prosesini təmin etməkdir. O, həmçinin bildirib ki, yeni təsis olunmuş Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə AMEA-da istedadlı gənclərin elmə cəlb olunması istiqamətində müxtəlif qeyri-ənənəvi layihələr həyata keçirilir. Bu tədbirlərdən ən mühümü regionlarda təhsil alan tələbə və magistrlər arasında maarifləndirmə xarakterli elmi seminarların keçirilməsidir.
    
Seminarda Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov“Palçıq vulkanları Azərbaycanın milli sərvətidir”, akad. H.Əliyev adına Coğrafiya İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, coğrafiya üzrə fəlsəfə doktoru Zərnurə Həmidova, “Böyük Qafqazın cənub yamacında baş verən təhlükəli morfodinamiki proseslər”, AMEA Respublika Seysmologiya Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Fərəcov“Seysmoloji tədqiqatlarda müasir yanaşmaların tətbiqi”, Erroziya və Suvarma İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, aqrar elmlər üzrə fəlsəfə doktoru İzzət Talıbov “Kənd təsərrüfatında erroziyaya qarşı mübarizə tədbirləri və mütərəqqi suvarma texnologiyaları” və İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Könül Daşdəmirova“Bulud texnologiyasının təhsildə tətbiqi məsələləri” mövzusunda məruzələrlə çıxış ediblər.
    Günün ikinci yarısında Şuranın İdarə Heyətinin üzvləri AMEA-nın Şəki Regional Elmi Mərkəzinin gənc alimləri ilə görüşüblər, onların iş şəraiti ilə yaxından tanış olublar.
Mənbə: www.science.gov.az