Xəbər lenti‎ > ‎

AMEA Mərkəzi Nəbatat Bağı ilə İsveçrə Federal İnstitutu arasında memorandum imzalanıb

Отправлено 19 мар. 2014 г., 5:29 пользователем Murad Nabibekov   [ обновлено 19 мар. 2014 г., 5:29 ]
    Müasir dövrdə ekologiya, iqlimşünaslıq, meşəçilik, arxeologiya və digər elm sahələrində geniş tətbiq imkanlarına malik olan dendroxronoloji işlər dünyada geniş şəkildə aparılsa da, Azərbaycanda bu sahədə tədqiqatlara son illərdə başlanılmışdır.

    AMEA Mərkəzi Nəbatat Bağının alimləri artıq bir neçə ildir ki, meşə, qar və landşaft tədqiqatları üzrə İsveçrə Federal İnstitutunun Dendoekologiya qrupu ilə əməkdaşlıq edir.
    Əməkdaşlığın yüksək səviyyədə təşkili məqsədilə AMEA Mərkəzi Nəbatat Bağı ilə İsveçrə Federal İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Məqsəd Azərbaycanda dendroxronologiya elminin inkişafına yardımçı olmaq, gənc alimlərin bu sahədə İsveçrədə təhsil almasına şərait yaratmaq və birgə tədqiqatlar aparmaqdır.
    Sənəd Nəbatat Bağının elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev və Dendoekologiya qrupunun rəhbəri Dr. Ulf Büntgenarasında imzalanıb.

Mənbə: www.science.gov.az